BMT Əfqanıstanda məsciddəki partlayışın təşkilatçılarını məsuliyyətə cəlb etməyə çağırdıbackend

BMT Əfqanıstanda məsciddəki partlayışın təşkilatçılarını məsuliyyətə cəlb etməyə çağırdı

BMT Təhlükəsizlik Şurası (TŞ) Əfqanıstanın Herat əyalətində məscidə hücumun təşkilatçılarını məsuliyyətə cəlb etməyə çağırıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat üçün bəyanatında deyilir.

“BMT Təhlükəsizlik Şurası Əfqanıstanda dinc əhaliyə qarşı davam edən dəhşətli terror aktlarını, o cümlədən sentyabrın 2-də Heratda məscidə hücumu qətiyyətlə pisləyir”, – bəyanatda vurğulanır.

Qeyd edək ki, sentyabrın 2-də Heratın Quzar kəndindəki məsciddə güclü partlayış baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Ölənlər arasında məscidin imam-xətibi Mühaib Urrəhman Ənsari də var.

Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. İlkin məlumatlara görə, terror aktı zamanı 40-dan çox adam ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*