BMT Təhlükəsizlik Şurasına Rusiya sədrlik edəcəkbackend

BMT Təhlükəsizlik Şurasına Rusiya sədrlik edəcək

Rusiya 2023-cü ilin aprelində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.

Təhlükəsizlik Şurasına sədrlik edən ölkə hər ay dəyişir. Ölkələr əlifba sırası ilə seçilir, Rusiyadan sonra İsveçrə quruma rəhbərlik edəcək. Sədrlik edən ölkənin o qədər də səlahiyyəti yoxdur. Ölkə Təhlükəsizlik Şurasının iclaslarını çağırır, həmçinin qəbul olunmuş sənədləri imzalayır. Sədrlik edən ölkə Təhlükəsizlik Şurasının gündəliyinə təsir edə bilməz.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın təşkilata sədrlik etməsini pis zarafat adlandırıb. “The Guardian” yazır ki, ABŞ, Böyük Britaniya və Fransa bununla razılaşmayacaq və Rusiyanın rəhbərlik etdiyi iclaslarda təmsilçiliyin səviyyəsini aşağı salacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*