BNA-da korrupsiya əməliyyatı: Mais Ağayev saxlanılıbbackend

BNA-da korrupsiya əməliyyatı: Mais Ağayev saxlanılıb

Ötən ilin iyul ayının 25-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirib.

Əməliyyat zamanı kimlərin məsuliyyətə cəlb edilməsi məlum olmasa da, BNA haqqında yazılanlardan aydın idi ki, ortada olduqca ciddi qanun pozuntuları var. Lakin bu əməliyyat çərçivəsində xüsusən BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin adı hallanırdı.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-ın əldə etdiyi eksklüziv məlumata görə, M.Ağayev həmin əməliyyat zamanı saxlanılıb.

Bundan iki ay sonra onun sərbəst buraxıldığı deyilir.

Sabiq mətbuat katibinin azadlığa buraxıldıqdan sonra ölkəni tərk etdiyi bildirilir.

Daha sonra isə Mais Ağayevin Türkiyəyə getdiyi məlum olub.

Qeyd edək ki, sonuncu dəfə o, 7 fevral 2024-cü il tarixində prezident seçkisində iştirak edib və səs verən zaman görüntülənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*