Boğazına ip keçirilərək tövlədə saxlanılan qadınla bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİBbackend

Boğazına ip keçirilərək tövlədə saxlanılan qadınla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Gədəbəy rayonunun Nova İvanovka kəndində ahıl qadının şiddət görməsi ilə bağlı Kəmalə Ağazadə tərəfindən paylaşılan görüntülər dərhal Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırılıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

“Məlum olub ki, yayılan görüntülərdə haqqında bəhs edilən qadın 6 noyabr 1934-cü il təvəllüdlü Daşkəsən rayonunun Kəmərqaya kəndində qeydiyyatda olan Səkinə Bayram qızı Həsənovadır.

Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar.

Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb.

O, Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Burada onun psixoloji vəziyyətinin qiymətləndirilməsi, sağlamlığına nəzarət və digər zəruri ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

Səkinə Həsənovanın zorakılığa məruz qalması ilə bağlı görüntülər isə hüquq mühafizə orqanları tərəfindən araşdırılır və bu barədə məlumat veriləcək”, – məlumatda bildirilib.

***

12:08
Gədəbəydə 87 yaşlı (
1934-cü il) Gədəbəy rayon, İvanovka kənd sakini  Səkinə Həsənovanın zorla tövlədə saxlanılmasına dair görüntülər yayılıb.

KONKRET.az TQ kanallara istinadən xəbər verir ki, yayılan görüntülərdə iddia olunur ki, həmin qadının pensiya kartı əlindən alınıb. Daha sonra onun əllərini bağlayıb tövlədə saxlayıblar.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirilib ki, artıq məsələ nəzarətə götürülüb:

“Faktla bağlı araşdırma aparılır”.

Həmin görüntüləri təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

 

  • Zəminə
    İyun 2, 2021 - 12:57

    Belin sınsın,ay ahıl qadını tövləyə bağlayan.Biz ANA axtarırıq.Sən ananın maaş kartını əlindən alıb tövləyə bağlamısan.Çörək tapacaqsanmı?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*