Bolqarıstan keçmiş krala təzminat ödəyəcəkbackend

Bolqarıstan keçmiş krala təzminat ödəyəcək

Bolqarıstan Məhkəməsinin qərarına əsasən keçmiş krala 1,6 milyon avro təzminat ödəniləcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Bolqarıstan hökuməti ölkənin keçmiş kralı Simeon Sakse-Koburqa və onun bacısı Mariya-Luiza Hroboka 1 milyon 636 min avro təzminat ödənilməsini təsdiqləyib.

Hökumət xatırladıb ki, 14 il əvvəl Bolqarıstandakı bir çox mülkü əlindən alınan kral ailəsi mənsub olduqları əmlakları dövlətdən geri almaq üçün iddia qaldırıb. Keçmiş kral Avropa İnsan Haqları Məhkəməsində açdığı iddiada qalib gəlib.

Qeyd edək ki, 1943-1946-cı illərdə Bolqarıstanın keçmiş kralı olan Simeon Sakse-Koburq 2001-2005-ci illərdə Milli Dirçəliş və Yüksəliş Hərəkatı Partiyasının lideri kimi ölkənin baş naziri olub.

1944-cü il sentyabrın 9-da keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) Qırmızı Ordusu Bolqarıstanı işğal etdikdən və dövlət quruluşu dəyişdirildikdən sonra Sakse-Koburq ailəsi ilə birlikdə sürgünə göndərilib.

Türkiyə, Misir və İspaniyada mühacirətdə yaşayan Sakse-Koburq 2001-ci ildə Bolqarıstana qayıtdıqdan sonra siyasətə qatılıb. O, ailəsinə aid olduğunu iddia etdiyi müxtəlif mülklərin geri qaytarılması üçün çoxlu məhkəmə iddiaları qaldırmışdı.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*