Bolqarıstanın Su-25 təyyarəsi qəzaya uğradıbackend

Bolqarıstanın Su-25 təyyarəsi qəzaya uğradı

Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi ölkənin cənub-şərqində qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bolqarıstan milli televiziyası xəbər yayıb.

Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, insident təyyarə Yambol şəhəri yaxınlığındakı Bezmer aviabazasının aerodromuna eniş edərkən baş verib.

Aşağı hündürlük səbəbindən havadan atılan pilotun paraşütü açılmayıb. Lakin pilot sağ qalıb və vəziyyəti stabildir. Qəzadan sonra təyyarə tamamilə yanıb.

İnsidentlə əlaqədar müdafiə naziri Dimitar Stoyanov və Baş Qərargah rəisi admiral Emil Eftimov aviabazaya göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*