Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson “Daily Mail”də köşə yazıları yazacaq.
KONKRET.az xəbər verir ki, bu barədə nəşr məlumat yayıb.
Bildirilib ki, o, həftənin şənbə günləri köşə yazısı ilə çıxış edəcək.
Qeyd edək ki, o ən son 2019-cu ildə “Daily Telegraph”da yazıb. Boris Conson, bu il iyunun 10-da deputatlıqdan istefa verib.
