Bosfor boğazında hərəkət bərpa olundu – YENİLƏNİBbackend

Bosfor boğazında hərəkət bərpa olundu - YENİLƏNİB

Bosfor boğazında hərəkət bərpa olunub.

KONKRET.az xəbər verir ki, dənizdə hərəkət edən minanın köhnə rus minası olduğu müəyyən olunub.

Təhlükəsizlik məqsədilə gəmilərin hərəkəti üçün qapadılan İstanbul boğazının yerli vaxtla saat 15:30-dan etibarən hər iki istiqamətə hərəkət üçün açıq olduğu elan edilib.

Hazırda minanın helikopter və Sualtı Müdafiə Qrupları tərəfindən incələnməsi prosesi davam edir.

Türkiyə Müdafiə Nazirliyi İstanbul boğazındakı mina ilə bağlı Rusiya və Ukrayna tərəfi ilə danışıqlar aparıldığını bildirib.

***

15:26

Bosfor boğazında minaya bənzər obyekt aşkarlanıb.

KONKRET.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Bosfor boğazında minaya bənzər obyektin zərərsizləşdirildiyi barədə məlumat yayıb.

Türkiyənin “Star” qəzetinin məlumatına görə, obyekt İstanbul boğazında Qara dənizin girişində müşahidə edilib. Sahil mühafizəsi komandanlığı balıqçıların Sarıyer-Türkeli dayağında görüb minaya bənzər obyektin yerini müəyyən etmək üçün tədbirlər görüb.

Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, martın 26-da səhər saatlarında mülki və ticarət gəmisi tərəfindən İstanbul boğazı yaxınlığında obyekt aşkar edildikdən sonra sualtı müdafiə bölmələri sürətlə hadisə yerinə çatdırılıb. Operativ müdaxilədən sonra obyekt zərərsizləşdirilib.

İndi səlahiyyətlilər Boğaziçi boğazını müvəqqəti olaraq növbəti xəbərdarlığa qədər daşıma üçün bağlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*