Rusiya qüvvələri Ukraynanın Donbas bölgəsindəki Kramatorsk şəhərinə doğru irəliləyir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi twitter hesabında paylaşıb.
Yazıda Rusiyanın 9 May Qələbə Günü öncəsi əhəmiyyətli uğurlar əldə etmək istədiyi və bunun da əməliyyatların sürətinə və gücünə təsir edə biləcəyi bildirilib.
Rusiya qüvvələrinin Donbasdakı gözləmə bölgələrindən Kramatorska doğru irəlilədiyi və şəhərin davamlı raket hücumlarına məruz qaldığı qeyd edilib.
Həmçinin Rusiya Ukraynanın hava hücumundan müdafiə imkanlarını boğmaq və məhv etmək üçün Ukraynanın şərqində hava fəaliyyətini yüksək səviyyədə davam etdirdiyi vurğulanıb.
İqbal Rzayev,
KONKRET.az
