Böyük Britaniyada inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyada inflyasiya yanacaqdan qidaya, elektrik enerjisindən içkilərə qədər geniş miqyaslı qiymət artımları ilə son 40 ilin pik həddinə çatıb.
Britaniya Statistika İnstitutunun məlumatına görə, illik istehlak inflyasiyası 9 faizdən 9,1 faizə yüksəlib.
İqbal Rzayev,
KONKRET.az