Böyük Çin səddində 100-dən çox gizli qapı AŞKARLANDIbackend

Böyük Çin səddində 100-dən çox gizli qapı AŞKARLANDI

Tianjin Universitetinin mütəxəssisləri Böyük Çin səddində 130-a yaxın gizli keçid aşkar ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Mütəxəssislərin fikrincə, qədim dövrlərdə bu keçidlərdən kəşfiyyatçılar, habelə mallarını ölkə daxilində və xaricində daşıyan tacirlər istifadə ediblər.

Alimlər bildirib ki, hər bir gizli keçid yerli topoqrafiyaya uyğun tərtib edilib.

Tədqiqat qrupunun rəhbəri, professor Çjan Yukun köçərilərin mal-qarasını otarmaq üçün gizli qapılardan istifadə edə biləcəyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*