Braziliya hakimiyyəti İlon Maskı ittiham etdi – “Nəzarət edilməlidir!”backend

Braziliya hakimiyyəti İlon Maskı ittiham etdi - "Nəzarət edilməlidir!"

“Braziliya amerikalı sahibkar İlon Maskın təhdidləri fonunda dərhal tədbir görməlidir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş prokuror Xorxe Messias deyib.

Baş prokuror vurğulayıb ki, sosial şəbəkələrə nəzarət edən əcnəbi milyarderlər məhkəmə qərarlarına məhəl qoymamalı və hakimiyyəti hədələməməlidir. “Sosial medianın tənzimlənməsinə təcili ehtiyac var”, – deyə Messias qeyd edib.

Xatırladaq ki, X sosial şəbəkəsində bir neçə braziliyalı iş adamlarının hesabı bloklanıb. Braziliya Ali Məhkəməsinin bu qərarı İlon Maskın tənqidinə səbəb olub.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*