Argentina prezidenti Braziliya prezidentini “oğru” və “məhkum” adlandıraraq tənqid etdikdən sonra Buenos-Ayresdəki səfirini geri çağırıb.
KONKRET.az xəbər verir ki, Xaver Mile bazar günü San-Paulodakı, sağçı namizəd Flavio Bolsonaronun — hazırda həbsxanada olan ölkənin keçmiş prezidenti Jair Bolsonaronun oğlunun — prezidentlik kampaniyasının başlanğıcına həsr olunmuş mitinqdə iştirak edib. Prezident seçkiləri oktyabr ayında keçirilməlidir.
Luis İnasio Lula da Silvanın adını çəkmədən, Mile Bolsonaro ilə birlikdə çıxış edərkən Braziliya prezidenti haqqında təhqiredici sözlər söyləyib və sonra onun (Bolsonaronun) “Lulanı dayandıra biləcək” yeganə şəxs olduğunu bildirib.
Sonra Braziliyalı diplomatlar Argentina liderinin Braziliya hökumətini, xalqını və demokratiyasını təhqir etdiyini bildiriblər.
Ağagül Mürsəlov,
KONKRET.az
