Braziliyadan ABŞ-a sərt təpki – Görün nə etdilər… backend

Braziliyadan ABŞ-a sərt təpki - Görün nə etdilər... 

Braziliya Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin iki yüksək vəzifəli əməkdaşına viza verməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.

Məlumata görə, ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Rayli Barns və onun müavini Samuel Semson gələn həftə Braziliyaya səfər etməyi planlaşdırırdı.

Braziliya Xarici İşlər Nazirliyi viza verilməməsinin səbəbini rəsmi şəkildə açıqlamayıb. The Washington Post yazır ki, Braziliya hakimiyyəti ABŞ rəsmilərinin səfərinin məqsədinin ölkədə keçiriləcək prezident seçkilərini nüfuzdan salmaq ola biləcəyini düşünüb.

Qeyd edək ki, Braziliyada prezident seçkilərinin ilk turu oktyabrın 4-nə təyin edilib. Hazırkı prezident Luiz İnasio Lula da Silva yenidən prezident seçilmək uğrunda senator Flavio Bolsonaru ilə mübarizə aparacaq. Flavionun atası, ABŞ Prezidenti Donald Trampın müttəfiqi hesab edilən sabiq prezident Jair Bolsonaru isə dövlət çevrilişinə cəhd ittihamı ilə 27 il müddətinə azadlıqdan məhrum edilib.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*