“Britaniya əhalisi bizdən kasıbdır” – İranlı komandandan GÜLÜNC AÇIQLAMAbackend

"Britaniya əhalisi bizdən kasıbdır" - İranlı komandandan GÜLÜNC AÇIQLAMA

SEPAH-ın Lorestan vilayəti idarəsinin komandanı Mortəza Kəşkuli gülməli açıqlaması ilə gündəmə gəlib.

KONKRET.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə “Iran International” ajansı məlumat yayıb.

Kəşkulinin iddiasına görə, guya inqilabdan öncə İran əhalisinin 46%-i yoxsulluq həddinin altında yaşayırdısa, hazırda İslam Cümhuriyyəti dövründə bu rəqəm ölkə əhalisinin sadəcə 10,5%-ni təşkil edir.

O, bütün bunlarla kifayətlənməyərək bir sıra dünya ölkələri əhalisinin, o cümlədən Amerika əhalisinin 12%-nin, Fransa əhalisinin 14,2%-nin, Almaniya əhalisinin 15,7%-nin, Yaponiya əhalisinin 18%-nin və Böyük Britaniya əhalisinin 19%-nin yoxsulluq həddinin altında yaşadığını iddia edib.

Qeyd edək ki, İranda bir çox dövlət rəsmisinin də təsdiq etdiyini kimi, ölkə əhalisinin təxminən yarısı yoxsulluq həddinin altında yaşayır. Belə olan halda Kəşkulinin dedikləri iddiadan başqa bir şey deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*