Britaniya kəşfiyyatı genişmiqyaslı qarşıdurma riskinin yüksək olduğunu bildiribbackend

Britaniya kəşfiyyatı genişmiqyaslı qarşıdurma riskinin yüksək olduğunu bildirib

“Böyük Britaniya genişmiqyaslı münaqişəyə heç vaxt olmadığı qədər yaxındır”.

KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Nəşr Böyük Britaniya hərbi kəşfiyyatının yüksək rütbəli rəsmisindən sitat gətirib: “İrimiqyaslı münaqişə ehtimalı varmı? Bəli, var”.

O qeyd edib ki, 4500 nəfərlik məxfi bölmə son on ildəki ən işlək vəziyyətinə gətirilib. Məsələnin mahiyyəti odur ki, Britaniyanın 2019-cu ildən bəri üç baş naziri, dörd xarici işlər naziri və iki müdafiə naziri bu barədə məlumatlı olub və müvafiq qərarların qəbul edilməsi hələ də çətindir”.

Britaniya kəşfiyyatının fikrincə, risklər Ukraynada davam edən və genişlənə biləcək münaqişədən qaynaqlanır. Kəşfiyyat rəsmisi müasir silahlar hazırlayan və Tayvanla bağlı planlar quran Çin faktorunu da nəzərdən qaçırmayıb. Vəziyyəti İsraillə Qəzza zolağı arasında gedən müharibə, həmçinin Yəməndə husilərə və İran və Suriyada İranın dəstəklədiyi silahlılara qarşı əməliyyat daha da gərginləşdirir.

Bundan əlavə, kəşfiyyat rəsmisi qeyd edib ki, Britaniyada siyasətçilər müdafiə və xarici siyasət, eləcə də beynəlxalq və ya hərbi məsələlərdə daha çevik reaksiya verə bilmir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*