Britaniya mətbuatı: “Boris Conson istefa verəcək”backend

Britaniya mətbuatı: "Boris Conson istefa verəcək"

Britaniya mətbuatı Baş nazir Boris Consonun istefa verəcəyini açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Britaniyada Conson hökuməti ardıcıl istefalarla sarsılıb. İstefa verənlərin sayı 50-yə yüksəlib, onlardan 4-ü nazirdi.

Qeyd edək ki, Britaniyada ilk istefa bəyanatları səhiyyə naziri Sacid Cavid və maliyyə naziri Rişi Sunakdan gəlib.

Daha sonra nazir müavinləri və deputatlar da istefa veriblər.

İstefa ərizəsini təqdim edənlər partiyadaxili etimadın itirilməsini və iğtişaşları göstəriblər.

Hökumətin vəzifəsini davam etdirməsi qeyri-mümkün olarsa, o zaman istefa verəcəyini bildirən Conson təslim olmayacağını vurğulayıb:

“Bizim bir planımız var və biz onu həyata keçirməyə davam edirik”.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*