Britaniya mümkün hücum zamanı Finlandiya və İsveçə yardım edəcəkbackend

Britaniya mümkün hücum zamanı Finlandiyaİsveçə yardım edəcək

Britaniya NATO-ya üzv olub-olmamasından asılı olmayaraq, mümkün hücum zamanı Finlandiya və İsveçə kömək edəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib:

“Böyük Britaniya həmişə Şimalda olacaq, sizə kömək edəcək, sizi dəstəkləyəcək. Böyük bir rəsmi razılaşma olmadan onlara hücum edilsə, Böyük Britaniya Finlandiya və ya İsveçə dəstək verəcək. Onlar eyni dəyərləri bölüşürlər. Biz dərin və uzun tarixə malik Avropa ölkələriyik”.

Təlimlər üçün getdiyi Finlandiyada çıxış edən müdafiə naziri Ben Uolles Avropa ölkələri arasında ittifaqların Avropanı daha təhlükəsiz etdiyini deyib.

NATO üzvü olub-olmamağın tamamilə Finlandiyanın öz qərarı olacağını qeyd edən Uolles, bu mövzuda lobbiçilik etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Finlandiya və İsveç NATO üzvlüyünü dəyərləndirməyə başladı.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*