Britaniya şahzadəsi səlahiyyətlərindən imtina etdi – II Yelizaveta qəzəblənibbackend

Britaniya şahzadəsi səlahiyyətlərindən imtina etdi - II Yelizaveta qəzəblənib

Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl kral ailəsinin səlahiyyətlərindən imtina etmək qərarına gəliblər.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, bu barədə onların “İnstagram” səhifəsində məlumat verilir.

Onlar bildiriblər ki, işləmək və xeyriyyəçiliklə məşğul olmaq istəyirlər. Sasseks hersoq və hersoginyası həm Britaniya, həm də ABŞ-da yaşamaq qərarına gəliblər. Bunun üçün onlar artıq Amerikada özlərinə ev də seçiblər.

Britaniya mətbuatının məlumatına əsasən, kraliça II Yelizaveta Harri və Meqanın qərarından qəzəblənib. Belə ki, o, sevimli nəvəsinin bu cür radikal dəyişikliklər barədə ona xəbər verməməyindən narazı qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*