Britaniya universitetləri insan haqlarını pozmaqda ittiham olunan Çin institutları ilə işləyir – ƏTRAFLIbackend

Britaniya universitetləri insan haqlarını pozmaqda ittiham olunan Çin institutları ilə işləyir - ƏTRAFLI

Böyük Britaniyanın 40-dan çox universiteti insan hüquqlarının pozulmasında iştirak edən Çin institutları ilə əməkdaşlıq edir.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Qəzet buna misal kimi Kembric Universiteti ilə Pekindəki Tsinxua Universiteti arasındakı əməkdaşlığı göstərib.

Nəşrin araşdırmasına görə, Kembric Universiteti Çin Prezidenti Si Cinpinin də məzun olduğu və Sincan-Uyğur Muxtar Bölgəsində insan haqları pozuntularında istifadə edilən səsi aşkarlama texnologiyasını inkişaf etdirməkdə ittiham olunan Pekin Tsinxua Universiteti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Qeyd olunub ki, Britaniyanın digər universitetləri də Çin Xalq Azadlıq Ordusu ilə sıx əlaqəli olan və xarici tədqiqatları oğurlamaqda şübhəli bilinən mərkəzlərlə işgüzar əlaqələrə malikdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*