Britaniya xarici işlər naziri Liz Trass İndoneziya səfərini yarımçıq qoydu – SƏBƏBbackend

Britaniya xarici işlər naziri Liz Trass İndoneziya səfərini yarımçıq qoydu - SƏBƏB

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass İndoneziya səfərini yarımçıq qoyaraq ölkəsinə qayıtmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, dünən G20 Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün İndoneziyaya rəsmi səfər edən Trass, Baş nazir Boris Consonun istefa verəcəyi ilə bağlı açıqlamalarından sonra bu qərarı verib.

Trassın Consonun istefasından sonra partiya daxilində liderlik yarışına namizədliyini verəcəyi bildirilir.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Consonun bu gün hakim Mühafizəkarlar Partiyasının rəhbərliyindən istefasını açıqlayacağı gözlənilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*