Britaniyalı deputat Feryal Klark hökuməti qondarma “erməni soyqırımı”nı tanımağa çağırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Klark deyib: “100 il əvvəl erməni xalqının başına gələnlər “soyqırım” idi və hökumətimizin bunu tanımasının vaxtı çatıb”.
“Mən Türkiyənin cənub-şərqində doğulmuşam və erməni xalqının bu bölgədə üzləşdiyi dəhşətlərin hekayələri ilə böyümüşəm. Təxminən 100 il əvvəl bütöv bir mədəniyyət və xalq sistematik şəkildə məhv edildi. 1,5 milyona yaxın erməni kişi, qadın və uşaq öldürüldü. Çoxəsrlik icmalar sadəcə olaraq məhv edildi” – deyə britaniyalı deputat sərsəmləyib.
O daha sonra fikirlərini belə davam etdirib: “İndi, bir əsrdən çox vaxt keçsə də, dünyada erməni icmalarının tanınması uğrunda mübarizə davam edir. Böyük Britaniyanın erməni icması hər zaman bu mübarizənin önündədir. Mən Erməni Milli Komitəsinin fəaliyyətini yüksək qiymətləndirirəm. Palatada Böyük Britaniyadakı erməni icmasının dostları olan çoxlu həmkarlarımız var… Mənim və Böyük Britaniyadakı başqalarının kampaniya aparmasına baxmayaraq, hökumət bundan imtina edir. 100 il əvvəl erməni xalqının başına gələnlər “soyqırım” idi və hökumətimizin bunu tanımasının vaxtı çatıb” – deyə Feryal Klark fikirlərini yekunlaşdırıb.
Klark əslində bu cür çıxışı ilə özü də bilmədən erməni diasporunun, Britaniyadakı erməni icmasının və Erməni Milli Komitəsinin oyuncağı olduğunu nümayiş etdirib. Onun və qondarma soyqırımın tanınmasına çalışan britaniyalı digər parlamentarilərin hamısının erməni diasporundan maliyyələşdiyi heç kimə sirr deyil. Necə deyərlər “erməni çörəyi” yeyən erməni xislətlilərin bu cür kampaniyalar aparması da artıq heç kimi təəccübləndirmir. Və belə çağırışlar yalnız fərdi şəxslərin boş və mənasız hayqırtısından başqa bir şey ifadə etmir. Britaniya hökumətinin mövqeyini əks etdirmir.
Yeri gəlmişkən bütün dünya bilir ki, ən böyük soyqırımı ermənilər Qarabağda azərbaycanlılara qarşı törədiblər. Onların terror xislətindən demək olar ki, bütün dövlətlər və xalqlar əziyyət çəkib.
Müşviq Tofiqoğlu
KONKRET.az
