“Brüsseldə Arsaxın statusu ilə bağlı “planka” aşağı salınmadı, əksinə götürüldü” – İşxanyanbackend

"Brüsseldə Arsaxın statusu ilə bağlı “planka” aşağı salınmadı, əksinə götürüldü" - İşxanyan

“Brüsseldə Arsaxın statusu ilə bağlı “planka” aşağı salınmadı, əksinə götürüldü”. 

KONKRET.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Avetik İşxanyan öz Facebook səhifəsində yazıb. O, Əliyev-Mişel-Paşinyan arasında Brüssel görüşünü şərh edib.

“Dövlət Dumasının seçki şüarı “Gələcək var” idi. Bu, hamı tərəfindən müsbət bir baxış kimi qəbul edildi. Bəs “gələcək” sözü həqiqətənmi yalnız müsbətdir?

Vaxtilə onları öz sıralarına cəlb edən xarici qüvvələrə ardıcıl xidmət etməklə Ermənistanı gələcəyə, yəni gələcək ləğvə aparırlar. Brüsseldəki görüşdən sonra çoxları Arsax məsələsində “planka”nın aşağı salındığını deyir. Yox, “plankar” aşağı salınmayıb, ümumiyyətlə götürülüb, Ermənistanın ərazi bütövlüyünün “planka”sı enib.

Bundan sonra nə olacaq, Ermənistanın, erməni xalqının gələcəyi necə olacaq?

Bütün bunlarla barışsaq, bizi assurilərin taleyi və ya gələcəyi gözləyir. Türklərin və azərbaycanlıların sahib çıxacağı tarixi Ermənistan ərazisində bir neçə kənddə etnik ermənilər yaşayacaq, başqa ölkələrdən bizim avropalı “dostlarımız” gələcək, humanitar yardım göndərəcək, etnoqrafik tədqiqatlar aparacaq, dissertasiya müdafiə edəcəklər.

Bütün bunlara müqavimət göstərmək üçün biz ayağa qalxmalıyıq”, – İşxanyan sərsəm fikirlər yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*