Brüsseldə dördtərəfli görüş keçiriləcəkbackend

Brüsseldə dördtərəfli görüş keçiriləcək

“Türkiyənin narahatlığını aradan qaldırmaq üçün Brüsseldə üç ölkənin səlahiyyətliləri ilə görüşəcəyik”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O, Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı narahatlıqlarını həll etmək üçün Brüsseldə üç ölkənin rəsmiləri ilə görüşəcəyini açıqlayıb.

Stoltenberq bildirib ki, Türkiyə NATO-nun mühüm tərəfdaşıdır və bütün NATO üzvləri Türkiyənin narahatlığını, o cümlədən, PKK təhlükəsini müzakirə etmək üçün masaya oturmağa hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*