Belçika və Norveçdə quş qripinin yayılması qeydə alınıb.
KONKRET.az “NRK”ya istinadən xəbər verir ki, infeksiya Norveçin Ruqaland bölgəsində vəhşi quşda aşkarlanıb.
Norveç Qida Təhlükəsizliyi İdarəsinin Heyvan sağlamlığı şöbəsinin rəhbəri Ole-Herman Tronderud sakinləri ölü quşların tapılması barədə məlumat verməyə çağırıb.
Bu onlarda infeksiyanın olub-olmamasının yoxlanılması üçün lazımdır.
“İnsanların yoluxma riski çox aşağıdır”, — deyə məmur vurğulayıb.
Həmçinin Belçikada quş qripinin yayılması qeydə alınıb.
Fransa ilə həmsərhəd Menen şəhərində virusdan 600-ə yaxın quş ölüb.
Daha 151 min quş infeksiyanın yayılmasına qarşı mübarizə çərçivəsində məhv edilib.
