Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər – Fotolarbackend

Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - Fotolar

Müğənni Xuraman Şuşalı yaxınının adından istifadə olunaraq dələduzluq cəhdi ilə üzləşib.

KONKRET.az xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.

Məlumata görə, naməlum şəxs X.Şuşalının yaxınının köhnə nömrəsindən istifadə edərək ondan 800 manat pul tələb edib.

İfaçı həmin nömrənin sahibinə zəng etdiyini bildirib. Məlum olub ki, nömrə bağlanaraq yenidən satışa çıxarılsa da, “Getcontact” tətbiqində hələ də həmin şəxsin adı ilə qalıb və dələduzlar bundan istifadə ediblər.

Müğənni bu kimi dələduzluq üsullarına qarşı izləyicilərini diqqətli olmağa çağırıb.\\“Qafqazinfo”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*