Bu dövlət qurumları Vasif Talıbovun şirkətini tenderin QALİBİ ELAN EDİBbackend

Bu dövlət qurumları Vasif Talıbovun şirkətini tenderin QALİBİ ELAN EDİB

Keçən il Azərbaycan dövlət qurumları, “Azərsu” 55 milyon, Turizm Agentliyi isə 4 milyondan çox vəsaiti Vasif Talıbovun ailə şirkəti olan “Maqro Construction” MMC-ni tender qalibi elan edərək həvalə ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Həbib Müntəzir özünün facebook səhifəsində məlumat verib. Yayılan məlumatlara görə, şirkətin təmsilçisi Vasif Talıbovun ailə biznesini idarə edən, türkiyəli iş adamı Emin Uçarın oğlu Əmrah Uçardır.

Bu arada Talıbovların Gürcüstandakı 270 milyon dollarlıq ailə biznesinə aid olan Batumidəki “Divan” hoteli də satışa çıxarılıb, qiyməti 18 milyon dollardır.

Qeyd edək ki, Bakıdakı “Divan Express Baku Hotel” və “Zümrüd” restoranı da Talıbovlara aiddir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*