Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə KONKRET.az-a Azəriqaz İB-dən bildirilib.
Qaradağ rayonundakı “Sahil QTM”-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 26.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Qaradağ rayonu, Sahil qəsəbəsindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.