Bu gün havada “Yalançı Günəş” peyda olub.
KONKRET.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Fobos”un aparıcı tədqiqatçısı Tişkoveç RİA Novosti-yə izah verib. O deyib ki, Parhelion – qış üçün nadir optik hadisədir və buludlarda buz kristallarının işığın sınması nəticəsində yaranır.
Onun sözlərinə görə, “Yalançı günəş” iki siklon və iki antisiklonun qarşıdurması nəticəsində əmələ gəlir və təbiət möcüzəsi sayılır.
Qeyd edək ki, bu hadisə mütəxəssislər tərəfindən Moskvada qeydə alınıb.

Xuraman Etibarlı,
KONKRET.az
