Türkiyədə beynəlxalq fırıldaqçılıq şəbəkəsinə əməliyyat: Aralarında azərbaycanlılar da varbackend

Türkiyədə beynəlxalq fırıldaqçılıq şəbəkəsinə əməliyyat: Aralarında azərbaycanlılar da var

İstanbulda investisiya və “Forex” adı altında beynəlxalq miqyasda fəaliyyət göstərən fırıldaqçılıq şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

KONKRET.az milliaz-a istinadla xəbər verir ki, əməliyyat zamanı aralarında Azərbaycan vətəndaşlarının da olduğu 56 şübhəli saxlanılıb.

İstanbul Baş Prokurorluğunun koordinasiyası və İstanbul Polis İdarəsinin Kiber Cinayətkarlıqla Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində Şişli rayonunda fəaliyyət göstərən və “Vend Teknoloji” adı altında çağrı mərkəzi kimi təqdim olunan şirkətin əslində Yaponiya və Cənubi Koreya vətəndaşlarını hədəf alan beynəlxalq dələduzluq şəbəkəsinin mərkəzi olduğu müəyyən edilib.

İstintaq zamanı şirkət rəhbərlərinin mobil telefonlarında çoxsaylı istifadəçi hesablarının olduğu, müəssisənin hesablarına gündəlik təxminən 1 milyon ABŞ dolları məbləğində vəsait daxil olduğu və qanunsuz əldə edilən gəlirlərin ölkə daxilində leqallaşdırıldığı aşkarlanıb.

Toplanmış sübutlar əsasında keçirilən əməliyyat zamanı axtarış və müsadirə tədbirləri həyata keçirilib. Nəticədə üçü Azərbaycan, biri Qırğızıstan, biri Özbəkistan, biri Cənubi Koreya və biri Yaponiya vətəndaşı olmaqla ümumilikdə 56 nəfər saxlanılıb.

Şübhəlilər xüsusilə külli miqdarda dələduzluq, Kapital Bazarı Qanununun pozulması, cinayət törətmək məqsədilə mütəşəkkil dəstə yaratmaq və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları üzrə istintaqa cəlb olunublar.

Faktla bağlı araşdırma davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*