Bu gün TBMM-də Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti MÜZAKİRƏ EDİLƏCƏKbackend

Bu gün TBMM-də Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti MÜZAKİRƏ EDİLƏCƏK

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin səlahiyyət müddətinin uzadılması ilə bağlı Prezident admnistrasiyasının qanun layihəsi Böyük Millət Məclisinə təqdim olunub.

KONKRET.az bu barədə “Milliyet”ə istinadən xəbər verir. Məlumata görə, layihə bu gün-noyabrın 9-da müzakirə ediləcək.

Qeyd edək ki, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Xatırladaq ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir il müddətinə səlahiyyət vermişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*