“Bu gündən Rusiya sülhməramlısı da azərbaycanlıların əlində əsirdir” – Qarabağ erməniləribackend

“Bu gündən Rusiya sülhməramlısı da azərbaycanlıların əlində əsirdir” - Qarabağ erməniləri

“Bu gündən Rusiya sülhməramlısı da azərbaycanlıların əlində əsirdir”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağda məskunlaşan separatçılar “Azadlıq” radiosunun erməni bürosuna deyib.

“Laçın sakini Arutyun Arutyunyan deyir: “Bu gün Rusiya sülhməramlısı da azərbaycanlıların əlində əsirdir.

Bu gün Rusiya sülhməramlısı da əsir götürülüb. Azərbaycanlılar bizim Qarabağ xalqını, qohumlarımızı, rusları əsir alıb”, – deyə Arutyunyan bildirib.

Başqa bir erməni sakin problemi həll etməyi üzərinə götürən Rusiyanı günahlandırıb.

“Problemi həll etməyi üzərinə götürən Rusiyanın addım atacağına daha ümidi yoxdur. Ruslar adımızla qarşımıza çıxır, amma bir dəfə də olsun ayağa qalxmayıblar.

Blokadaya kim cavabdehdir, bu, onun üçün əlverişli deyil. Ümumiyyətlə, biz bir sual maraqlandırır. Məgər bu gün Rusiya, Putinin özü, xarici işlər naziri istəsə, deyə bilməzlər ki, yolu açın? Deməli, bu plan ya onlarındır, ya da “qayğıkeş” Ermənistanın”, – Arşaluys Qriqoryan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*