Bu hadisə neft bazarına ciddi təsir göstərə bilər – Novak XƏBƏRDARLIQ ETDİ – ÖZƏLbackend

Bu hadisə neft bazarına ciddi təsir göstərə bilər – Novak XƏBƏRDARLIQ ETDİ - ÖZƏL

“Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) yanalma körpülərinin zədələnməsi dünya neft bazarlarına ciddi təsir göstərə bilər”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Rusiya baş nazirinin müavini Aleksandr Novak səsləndirib.

O bildirib ki, problemlərə səbəb Qara dənizdə güclü fırtınanın olmasıdır.  Yaxın gələcəkdə üç yanalma körpüsündən ikisinin bağlanması ilə əlaqədar neft nəqlinin həcmi üç dəfə azala bilər. Qazaxıstan terminalda baş vermiş qəzadan sonra neftin ixracı variantlarını nəzərdən keçirir

Novak bildirib ki, yanalma körpülərinin bərpası təxminən bir-iki aya qədər vaxt aparacaq. Sözügedən müddət ərzində əvvəlki həcmdə neft dünya bazarlarına çıxarılmaya bilər ki, bu da “qara qızıl”ın bazarlarına ciddi təsir göstərər.

Baş nazirinin müavininin sözlərinə görə, “Xəzər Boru Kəməri Konsorsiumunun hər hansı sızıntıya icazə verməməsinə ciddi nəzarət ediləcək. Konsorsiumun xarici investorlar tərəfindən idarə olunduğunu deyən Novak, texniki xidmətin də xarici şirkət tərəfindən həyata keçirildiyini bildirib:

“Biz öz tərəfimizdən nasosun tez bir zamanda bərpasını təmin etmək üçün əlimizdən gələni əsirgəmirik”.

Bu arada qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu gündə 1,1 milyon barel neft nəql edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*