Bu halda əlavə məzuniyyət verilir – Kimlərə aiddir?backend

Bu halda əlavə məzuniyyət verilir – Kimlərə aiddir?

Hərbi xidmət keçən əsgərlərin qanunvericiliklə nəzərdə tutulan məzuniyyət hüququ və əlavə istirahət imkanları maraq doğuran məsələlərdəndir.

Bəs hərbi qulluqçulara adi məzuniyyətdən əlavə istirahət və ya mükafatlandırma məqsədilə məzuniyyət verilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulan məzuniyyətlə yanaşı, müəyyən hallarda mükafatlandırma qaydasında da əlavə məzuniyyət verilə bilər.

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

“Hərbi qulluqçu təlimlərdə fərqləndiyinə, xidmət vəzifələrini yüksək səviyyədə yerinə yetirdiyinə və ya hərbi hissədə əlamətdar hadisə baş verdiyinə görə komandirlər tərəfindən mükafatlandırılır. Belə hallarda əlavə məzuniyyət də həvəsləndirmə vasitələrindən biri kimi tətbiq olunur”.

Ü.Cəfərov qeyd edib ki, hərbi qulluqçuların istirahəti yalnız məzuniyyətlə məhdudlaşmır.

“Hərbi hissələrdə müəyyən edilmiş gün rejiminə uyğun olaraq əsgərlərin təlim, idman və digər xidmət fəaliyyətləri ilə yanaşı, istirahət saatları da nəzərdə tutulur.

İstirahət vaxtı hərbi qulluqçuların fiziki güclərini bərpa etməsi və qarşıya qoyulan tapşırıqları lazımi səviyyədə yerinə yetirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xidmətdənkənar vaxtın təşkili və istirahət müddətləri də müəyyən edilmiş rejimə uyğun tənzimlənir”.

Hərbi ekspert vurğulayıb ki, xidmət dövründə nəzərdə tutulan məzuniyyətdən əlavə, hərbi qulluqçunun göstərdiyi xidmətə və fərqlənməsinə görə yuxarı komandanlıq tərəfindən mükafatlandırma məqsədilə əlavə məzuniyyət verilməsi də mümkündür.

Beləliklə, hərbi qulluqçuların əlavə istirahət və məzuniyyət imkanları onların xidmət şəraiti, müəyyən edilmiş gün rejimi və mükafatlandırılma qaydaları çərçivəsində tənzimlənir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*