Bu il 42 mindən çox Ermənistan vətəndaşı qazanc dalınca Rusiyaya gedibbackend

Bu il 42 mindən çox Ermənistan vətəndaşı qazanc dalınca Rusiyaya gedib

2026-cı ilin yanvar-mart ayları ərzində 42 mindən çox Ermənistan vətəndaşı əmək miqrasiyası məqsədilə Rusiyaya yollanıb. Ümumilikdə isə cari ilin ilk rübündə müxtəlif məqsədlərlə Rusiya Federasiyasına daxil olan ermənilərin sayı 112 mini ötüb.

KONKRET.az xəbər verir ki, rəsmi İrəvanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) ilə münasibətləri ətrafında gedən kəskin siyasi diskussiyalara, xarici kursun dəyişməsi ilə bağlı gərgin bəyanatlara baxmayaraq, Rusiya hələ də Ermənistan vətəndaşları üçün əsas əmək miqrasiyası istiqaməti olaraq qalmaqdadır. Bu statistika ölkə daxilindəki iqtisadi asılılığın və xalqın real dolanışıq yerinin siyasi kursdan fərqləndiyini növbəti dəfə təsdiq edir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*