Bu il qazlaşdırılan kəndlərin sayı AÇIQLANDIbackend

Bu il qazlaşdırılan kəndlərin sayı AÇIQLANDI

Qazlaşma proqramı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.

KONKRET.az xəbər verir ki, bunu “Açıq qapı” aksiyasında “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşdırma şöbəsinin rəisi Teymur Cəfərov deyib.

Şöbə rəisinin sözlərinə görə, 2022-ci ildə 69 kəndin qazlaşması planlaşdırılıb: “Plan üzrə onlardan 35-də iş gedir, bir kəndə isə qaz verilib.

Eyni zamanda cari ildə 62 yeni yaşayış massivinin qazlaşması da nəzərdə tutulub. Onlardan 48-də iş gedir, birinə isə qaz verilib”.

Teymur Cəfərov onu da qeyd edib ki, 2022-ci ilin iyunun 1-nə olan məlumata görə, respublikada mənzillərin və fərdi yaşayış evlərinin qazlaşma səviyyəsi 96.3 %-dir: “Yeni çəkilmiş qaz kəmərləri yanvar-may aylarında cəmi 244,5 kilometr olub. Bunun 32,1 kilometri Bakı və Abşeronun, 212,4 kilometri isə regionların payına düşüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*