Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində – Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək – nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib.
KONKRERT.az xəbər verir ki, müvəqqəti olaraq 10 nömrəli avtobus Mərkəzi Bulvar küçəsi ilə hərəkət edəcək.
