Bu marşrutlara yeni avtobuslar veriləcək?backend

Bu marşrutlara yeni avtobuslar veriləcək?

Bakının hər gün pik saatlarda tıxac olan yollarından olan Binəqədi şosesi ilə bağlı şikayətlər bitmir. Redaksiyamıza daxil olan müraciətdə sözügedən yolla hərəkət edən avtobusların texniki vəziyyəti ilə bağlı narazılıq ifadə olunub. Sərnişinlər bildirib ki, Binəqədi şosesindən keçməklə hərəkət edən 133, 165 və 100 nömrəli marşutlar həddindən artıq köhnə və həcmcə kiçikdir. Onlar bu avtobuslara da “BakuBus”ların verilməsini istəyirlər.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Baku Bus MMC”-dən Milli.Az-a bildirilib ki, bu proses müsabiqə əsasında təşkil olunur.

“Əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bir ildən çoxdur ki, mobilliyin transformasiyası proqramı həyata keçirilir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb və tətbiqinə başlanılıb.

Avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılıb.

2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb. Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb edilib. 160  yeni elektrik avtobusunun da sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır.

Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir”.

  • Ilhame
    Noyabr 30, 2024 - 19:39

    206 nömrəli avtobuslarida yenileseler yaxşı olar

  • Shah
    Dekabr 1, 2024 - 19:13

    525 nömrəli avtobusu da təzələsinlər. O boyda masazıra cəmi 1 marştut işləyir şəhərdən.

  • Camal
    Dekabr 2, 2024 - 13:37

    91 ə verin da o boyda Biləcəriyə it ğünündəki avtobulara baxın ayıbdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*