Bu maska koronavirusdan qoruya bilirbackend

Bu maska koronavirusdan qoruya bilir

Çində tibb işçilərini koronavirusdan müdafiə edə bilən respirator aşkarlanıb. Bu barədə “Live Science” xəbər yayıb.

Qeyd edək ki, koronavirus  hava-damcı yolu ilə yayılır. Əsas təhlükə yoluxan xəstənin öskürəyi, həmçinin çirklənmiş səthlərlə təmasdan gəlir. Hazırda Çində 1700-dən artıq tibb işçisinin  infeksiyaya yoluxduğu məlumdur. Onlardan altısı həyatını itirib.

KONKRET.az xəbər verir ki, bununla əlaqədar olaraq, elm adamları virus zərrəciklərinin filtrasiyası üçün davamlı respiratorların yaradılması barədə düşünürdülər. Araşdırma zamanı məlum oldu ki, “N95” respiratorları daşıyan tibb işçiləri yoluxmayıblar. Bu maskalar diametri 0,0001 düym (0,3 mikron) olan kiçik zərrəciklərin azı 95 faizinin qarşısını alır.

Hazırda hər bir xəstəxananı təmin etmək üçün Çində bu maskaların istehsal tempi sürətlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*