Bu məktəblərdə dərslər həftədə 5 gün keçiriləcək – RƏSMİ AÇIQLAMAbackend

Bu məktəblərdə dərslər həftədə 5 gün keçiriləcək - RƏSMİ AÇIQLAMA

“Gündəlik yoluxma sayı az olduğuna görə, oktyabrın 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri, Abşeron yarımadasında I-IV siniflər həftədə 2 gün yox, 3 gün dərsə gələcək”.

KONKRET.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, dərslərin əyani saatlarının sayında artım olacaq.

“Bölgələrdə şagird sayı 200-dən çoxdursa, onlarda dərslər həftədə üç dəfə, şagird sayı 200-dən azdırsa, ənənəvi formada, yəni həftədə beş dəfə keçiriləcək”, – deyə nazir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*