Rusiyada zəlzələ oldubackend

Rusiyada zəlzələ oldu

Rusiyanın Buryatiya Respublikasında zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, yeraltı təkanlar oktyabrın 5-də, bazar ertəsi, yerli vaxtla saat 06:54-də (Bakı vaxtı ilə 02:54-də) qeydə alınıb. Zəlzələnin maqnitudası Rixter şkalası üzrə 4,1-ə çatıb. Seysmoloqlar bunu episentr ərazisində cüzi dağıntılara səbəb ola biləcək hiss olunan zəlzələ kimi qiymətləndirirlər.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin maqnitudası 4,4 olub.

Zəlzələ nəticəsində Rusiyanın həmin regionunun sakinləri arasında xəsarət alan olmayıb, dağıntılar qeydə alınmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*