ABŞ Britaniyadakı bazadan bombardmançılarını geri çağırdı – yeni diversiya təhlükəsibackend

ABŞ Britaniyadakı bazadan bombardmançılarını geri çağırdı – yeni diversiya təhlükəsi

ABŞ Böyük Britaniyadakı hərbi bazasından təyyarələrini yeni diversiya təhlükəsi ilə əlaqədar geri çağırıb.

KONKRET.az xəbər verir ki, Pentaqonun məlumatına görə, İngiltərənin cənub-qərbində yerləşən Fairford aviabazasında dislokasiya olunmuş bütün ABŞ bombardmançıları ölkəyə geri qaytarılıb. Amerikalı rəsmilər “The

New York Times” qəzetinə bildiriblər ki, hərbçilər Fairford bazasında yeni diversiyanın hazırlanması barədə məlumat aldıqdan sonra təyyarələr operativ şəkildə ABŞ-a aparılıb.

Pentaqondan bildirilib ki, bombardmançılar ABŞ-ın kontinental hissəsindən dünyanın istənilən nöqtəsinə “yüksək dəqiqlikli zərbələr endirməyə” hazır vəziyyətdə qalırlar. Britaniya Kral Hərbi Hava Qüvvələrinin Fairford bazasında yerləşdirilən bu təyyarələr İrana qarşı zərbələr endirmək üçün istifadə olunurdu.

Sentyabrın 27-də səhər saatlarında polisə aviabazaya doğru hərəkət edən şübhəli avtomobillərlə bağlı məlumat daxil olub. Ərazi mühasirəyə alınıb, yaxınlıqdakı kəndin sakinləri təxliyə edilib.

Hadisə ilə əlaqədar beş Britaniya vətəndaşı, daha sonra isə Böyük Britaniya və İranın ikili vətəndaşlığına malik bir şəxs saxlanılıb. Lakin onlar daha sonra girov müqabilində azadlığa buraxılıblar. Hazırda hadisənin İran İslam Respublikası ilə mümkün əlaqəsi araşdırılır.

İyul ayında İran İslam İnqilabı Keşikçiləri Korpusu xəbərdarlıq etmişdi ki, Tehran ərazisinə zərbələr endirmək üçün istifadə olunan istənilən Britaniya hərbi bazası “qanuni hədəf” hesab ediləcək. Qurum Böyük Britaniyaya qarşı üstüörtülü təhdidlər də səsləndirmişdi.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*