Aparıcı Tarix Əliyev (Tolik) efir mədəniyyəti olmayan müğənnilləri verilişinə dəvət etməyəcək.
KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində bildirib. O, həmkarını da bu addımı atmağa səsləyib:
“Bu yaxınlarda həmkarım Zaur Nəbioğlu ilə danışdıq və belə qərara gəldik ki, efir mədəniyyəti olmayan, konsert salonlarını restoran kimi tanıyan və böyük-kiçik yeri bilməyən müğənniləri efirə çağırmayacağam. Bunu özümə söz vermişəm. Zaur da dedi ki, mən də çağırmayacağam. Bu gün görürəm ki, aparıcı Elgiz Əkbər də onları “boykot” etməyə səsləyib. Biz “boykot” etməyəcəyik. Televiziya tamaşaçılar üçün fəaliyyət göstərir. Biz nə versək, insanlar ona baxacaqlar. Anam evdə nə verirsə, onu yeyirəm. Restoranda olanda fərqli yeməklər sifariş edirəm. Bir-iki ay bunları verməsək, onlar heç kimin yadına düşməyəcək və televiziyalar buna öyrəşəcək. Biz bununla reytinq yox, zövqlü tamaşaçı meyarını gətirəcəyik. Bu müğənnilər qoy bilsinlər ki, efir Tiktok deyil. Özünə hörmət edən aparıcılar birləşərək bu işi görməlidirlər. Qoy getsinlər tiktok-da trend olsunlar. Bura gəlməyin, bizdən uzaq, Allaha yaxın”.
Bu hərəkət aparıcılar tərəfindən təqdirəlayiqdir.
Lakin bu səviyyəsiz müğənnilərin adlarınıda qeyd etsəydiz lap yaxşı olardı.
Bəli bütün aparıcılar O, TV kanallardan uzaqlaşdırılmalıdı Vallah ayıbdır ailəmizlə uşaqlarımızla heç bir Azərbaycan kanallarına baxa bilmirik TV kanalları ediblər kafe gələn gedənlər bilinmir kimlərdi çoxsu kafeynən pilyajnan TV kanalları səf salınmış kimi arsızcasına doluşurlar kanalara ən iyrənc söhbətlər aparırlar biri boşanmadan biri var dövlətindən biri bahalı maşınından geyimindən danışır deyən yoxdur ki, ay görməmişlər bura studiyadı efirdi bura çöl bayır deyil istədiyinizi gəlib efirlərdə danışa bilməzsiniz Mədəniyyət Naziri hara baxır bunlar çoxdanan bu aparıcıların hamsını çıxartmaq uzaqlaşdırmaq lazımidi qabaqlar senzura varidi hər adamı içəri studiyaya buraxmazdılar indi Azərbaycan kanalların ediblər bardağxana sanki elə bil Bərdə mal bazarı açıblar ayıbdır Vallah bunlara son qoymaq lazımdır ailə var uşaqlar var gənclər var baxmaq olmur Efir Mədəniyyəti yox geyim Mədəniyyəti O. Danışıq Mədəniyyəti O.otruş Mədəniyyəti yox hansın deyim.
Mədəniyyət Nazirliyinə kanallar baxmır , yəni onlar tabeliyində deyillər.
Nəfəs efire buraxılmamalı en iyrenc müğənni