“Rusiyadan xam neftin ilk partiyası Pakistana gəlib”.
KONKRET.az-ın məlumatına görə, bunu Pakistanın baş naziri Şahbaz Şərif deyib. Onun sözlərinə görə, xammal endirimlə alınıb və konteynerlərin boşaldılmasına bu gündən başlanılacaq.
Rusiya ilk dəfə Pakistana neft verib. Energetika Naziri Xürrəm Dəstgir Xanın may ayında bildirdiyi kimi, Pakistan rəsmiləri satınalma haqqını dollarla ödəyib.
Bundan əvvəl Express News kanalı endirimin bir barel üçün 18 dollara qədər ola biləcəyini yazmışdı. 2022-ci ilin sonunda Pakistanın yerli media orqanları İslamabadın Moskvadan 30-40% endirim istədiyini, lakin sonradan danışıqların nəticəsiz qaldığını açıqlayıb.
Burhan,
KONKRET.az
