Bu ölkədə çevriliş: Prezident sarayına hücum…backend

Bu ölkədə çevriliş: Prezident sarayına hücum...

Çadın paytaxtı Ndjamendə bir qrup hərbçi prezident sarayına doğru irəliləyir və hakimiyyəti ələ keçirməyə çalışır.

KONKRET.az xəbər verir ki, bu barədə “ChadOne” nəşri məlumat yayıb.

Hakimiyyət qüvvələri və çevrilişçilər arasında qarşıdurmada itkilərin olduğu bildirilir.

Qeyd edək ki, bundan öncə paytaxtda tankların və zirehli texnikanın hərəkəti barədə məlumat verilmişdi.

Nəşrin məlumatına görə, hökumət qüvvələri müxalif Sərhədsiz Sosialist Partiyasının (PSF) keçid dövrünün prezidenti Mahamat İdris Debinin yaxını Yaya Dillonun rəhbərlik etdiyi qərargaha basqın edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*