Nigeriyanın Zamfara əyalətində silahlı şəxslər namaz vaxtı məscidə hücum edərək 5 nəfəri qətlə yetirib, 40 nəfəri isə girov götürüb.
KONKRET.az xəbər verir ki, əyalət valisi hökumətlə silahlı qrup arasında əldə olunan razılığa əsasən girov götürülənlərdən 11 nəfərin sərbəst buraxıldığını açıqlayıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və təhlükəsizlik tədbirlərini gücləndirib.
