Tramp İlham Əliyevdən sitat gətirdibackend

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib.

KONKRET.az xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında bildirib.

Tramp qeyd edib ki, vəzifəyə gəldikdən sonra səkkiz münaqişənin həllinə nail olub və bunun sayəsində həmin ölkələrin bir çox liderləri ilə dostluq münasibətləri qurub.

Onun sözlərinə görə, bu münaqişələrin çoxu illərlə, hətta onilliklərlə davam edirdi. Tramp bildirib ki, nizamlanmaya nail olmaq üçün o, liderlərlə şəxsi münasibətlərdən, ticarətdən, tariflərdən və ya onları tətbiq etmək vədlərindən, habelə digər alətlərdən konkret ölkədən asılı olaraq istifadə edib.

Bu cür münaqişələr sırasında o, Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, Pakistan və Hindistan, həmçinin Ermənistan ilə Azərbaycan arasındakı qarşıdurmaların adını çəkib.

“Azərbaycan Prezidenti deyib ki, möcüzə yaratmaq üçün Prezident Trampa altı ay lazım oldu. Bu, heç kimin mümkün hesab etmədiyi əsl möcüzə idi”, – Tramp bildirib./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*