Bu ölkədə XİN başçısı Nazirlər Şurasının iclasında VƏFAT ETDİ – FOTObackend

Bu ölkədə XİN başçısı Nazirlər Şurasının iclasında VƏFAT ETDİ - FOTO

Qabonun xarici işlər naziri Nazirlər Şurasının iclasında vəfat edib.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Qabonun xarici işlər naziri Mikael Musa Adamo Nazirlər Şurasının iclası zamanı infarkt keçirərək, ölkənin paytaxtı Librevildə dünyasını dəyişib.

Qeyd olunur ki, mütəxəssislərin bütün səylərinə baxmayaraq, onu reanimasiya etmək mümkün olmayıb.

“O, Nazirlər Şurasının iclasının əvvəlində iştirak edib və özünü pis hiss edib”, – deyə agentliyin mənbəsi bildirib.

Mənbə əlavə edib ki, nazir huşsuz vəziyyətdə hərbi hospitala çatdırılıb və günorta saatlarında dünyasını dəyişib.

qabon

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*