Bu ölkələr ABŞ-ın mövqeyini dəstəkləməkdən İMTİNA ETDİbackend

Bu ölkələr ABŞ-ın mövqeyini dəstəkləməkdən İMTİNA ETDİ

Latın Amerikası ölkələri ABŞ-ın Ukrayna müharibəsini pisləyən mövqeyinə qoşulmaqdan imtina edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Argentina, Braziliya və Meksika ABŞ-ın bu barədə mövqeyini dəstəkləməyib.

Argentina və Braziliya BMT-nin beynəlxalq sülh və təhlükəsizliyə nail olunması istiqamətindəki rolunu tanıyır və bu təşkilatı Ukraynadakı münaqişənin həlli üçün müvafiq səlahiyyətlərə malik platforma hesab edir.

Bununla yanaşı Meksika hesab edir ki, BMT-nin rolu ilə bağlı digər Latın Amerikası ölkələrinin fikrinə qoşulur.

Xatırladaq ki, daha öncə köşə yazarı Frederik Şnatter bildirmişdi ki, anti-Rusiya sanksiyaları Qərb ölkələrinin Latın Amerikasında iqtisadi məğlubiyyətinə səbəb olub.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*