Bu ölkənin prezidenti özünü nazir TƏYİN ETDİbackend

Bu ölkənin prezidenti özünü nazir TƏYİN ETDİ

Filippinin yeni seçilmiş prezidenti Ferdinand Markos qiymətlərin artması fonunda özünü həm də kənd təsərrüfatı naziri təyin edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə F.Markos mediaya açıqlamasında deyib.

O bildirib ki, ölkə daxilində qiymətlər xarici amillərlə əlaqədar, o cümlədən Ukraynada baş verən müharibə nəticəsində qlobal tədarük zəncirində yaranan problemlər səbəbindən artmaqda davam edir.

Problemin həllinin vacibliyini vurğulayan F.Markos bunun üçün ilk növbədə ərzaq məhsullarının istehsalının artırılmasının zəruriliyini diqqətə çatdırıb. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*